İbrahim Cəfərov,
ADAU-nun rektoruDəyərli dostlar, Azərbaycanın mətbuat nümayəndələri, media işçiləri peşə bayramlarını qeyd edirlər. Həsən bəy Zərdabi ilə başlayan mətbuatımız uzun və şərəfli bir yol keçmişdir.
Prezident İlham Əliyev ölkəmizdə azad sözün hamisidir. Dövlətimizin başçısı bunu ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri uğurla davam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində atdığı addımlarla təsdiq edib. Odur ki, Azərbaycan mətbuatı da haqlı olaraq ölkə Prezidentini özünün dostu hesab edir.
Mətbuatımız azaddır, demokratikdir, yüzlərlə qəzet, jurnal çıxır, yüzlərlə saytlar fəaliyyətdədir, hər kəs sərbəst şəkildə fikirlərini ifadə edə bilir. Bunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm cənab Prezident tərəfindən uğurla davam etdirilir. Bu gün Vətən müharibəsində vəzifə borclarını yerinə yetirərkən həlak olmuş media dostlarımıza Allahdan rəhmət diləyərək, bütün dostlarımızı təbrik edir, sağlam ömür arzu edirik. Bu sahədə çalışan hər kəsə sayğılarımla…
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.