AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibkar Tovuzun icra başçısından 16500 manatını geri istəyir

  • + A
  • - A
  • 4-08-2022, 14:01

    Sahibkar Tovuzun icra başçısından 16500 manatını geri istəyir

    Azadmedia.az-a İmişli rayon sakini Mürşüd Mirzəyevdən şikayət məktubu daxil olub. Məktubda vətəndaş Tovuz RİH başçısı Məmməd Məmmədovun ondan gübrə vermək vədi ilə 16.500 manat almasını, deyilən vaxt gübrə verməməsini yazaraq, cənab Prezident İlham Əliyevdən və güc orqanlarından saytımız vasitəsi ilə kömək istəyir. Hazırda gübrənin qiyməti çox qalxıb, ona görə də iş müşkülə düşüb. Mürşüd müəllimin əməkdaşımıza söylədiklərindən məlum olur ki, o, 2008-ci ildən fermerliklə məşğul olub. Elə o zamandan Aqrokimya MMC-nin rəhbəri Məmməd Məmmədovla iş birliyi olub. 40-50 ton arası gübrə alırmiş. Əslində fermerlər 50% ödəniş etməli halda, Məmməd Məmmədov onlardan 70 faiz ödəniş alıb, qalanı dövlət tərəfindən ödənib. Sonra M.Mirzəyev torpaqları (120 ha) müqavilə ilə götürdüyü ETSN Meşəsalınma Deportamentinə təhvil verib. Dediyinə görə Araz çayı sağ sahilində Xoşçobanlı ərazisində götürdüyü ərazidə Fəzail Ağamalının da 70 hektar torpağı vardı. Torpaqları təhvil verən Mürşüd Mirzəyev biznes məqsədi ilə Aqrokimya MMC-dən gübrə alıb, hər kisənin üzərinə 1-2 manat qiymət qoymaqla fermerlərə satıb. İllərdir bu biznes davam edib. Mürşüdü tanıyan fermerlər etibar edib ona ödənişi əvvəldən verib. Şikayərətçi deyir nə pul var, nə də gübrə. Pul yiyələri Mürşüd Mirzəyevdən hüquq mühafizə orqanlarına şikayət edir. Məmməd Məmmədov əvvəlcə pulu ödəyəcəyini desə də, Tovuz RİH müavini Niftulla müəllim vasitəsilə pulun çox az hissəsini yollayıb. Mürşüd götürməyib borc yiyələri tərəfindən haqlı incidildiyini deyəndə Məmməd Məmmədov deyib ki, vermirəm, kimə istəsən de. Hazırda Aqrokimya MMC-yə Məmməd müəllimin oğlu rəhbərlik etsə də, idarəetmənin yenə atası tərəfindən aparıldığını deyən Mürşüd Mirzəyev Məmməd Məmmədovun qardaşı Melorasiya idarəsində mühüm vəzifə tutan Cahan Məmmədov tərəfindən hədələrə məruz qaldığını bildirb. Birinci Qarabağ müharibəsi iştirakçısı, müharibə dövründə Zəngilan Polis İdarəsində işlədiyini deyən şikayətçi, hara müraciət etsə də, qarşı tərəf güclü əlaqələrə malik olduğu üçün səsini eşidən yoxdu. Məktubu olduğu kimi dərc edirik inanırıq ki məsələ hüquqi müstəvidə həllini tapacaq.

    "AZƏRBAYCAN RESPUBKİKASININ PREZDENTİ
    CƏNAB İLHAM HEYDƏR OGLU ƏLİYEVƏ.
    Surəti:Dövlət Orqanlarına.

    COX HÖRMƏTLİ DÖVLƏTİMİZİN ALİ RƏHBƏRİ!
    Tovuz rayon icra hakimiyyəti başcısı Məmməd Məmmədov (zəhər mammed ləqəbli) 2021-ci ilin fevral ayında məndən 16500 manat nəgd formada pul alaraq mənə azot kübrəsi ("nemnaminiski zavodunun istehsalı olan ") 800 kisə( hər kisəsi 50 kq olmaqla qiyməti 19 manat 50 qəpikdən) və 70 kisə yerli istehsal olan " korbomid" kübrəsini həmin ilin May ayında verməsini vəd etdi.
    Lakin vədinə əməl etmədi, cünki kübrənin kisəsi 67 manata qədər bahalaşdı. Bundan sonra dəfələrlə müxtəlif bəhanələr gətirdi və vəd etdiyi kübrəni, nə də pulumu geri qaytarmadı, nə də qaytarmaq istəmir.
    Cənab Ali rəhbərimiz!
    Nəzərinizə catdırım ki, Məmməd Məmmədov Tovuz RİH-başcısı, sizin Sərəncamınızla 2017-ci ildə təyin edilənə qədər "AQRO KİMYA" MMC-nin direktoru olub (hal ə-hazırda həmin MMC-nin direktoru Mammedin oglu RƏHMAN MƏMMƏDOVDUR. Lakin MMC-ni yenə Mammed özü idarə edir) və 2007-ci ildən güzəştli yarı dövlət hesablı, fermerlərə verilən kübrə və kimyəvi maddələrin satışı ilə məşgul olub. Belə ki torpaq sənədlərini, akt və torpaq müqavilələrini, eləcədə şəhadətnamələrinin surətlərinin, surətini əldə etməklə fermer və pay torpaq sahiblərinin adlarına kimyəvi maddələr və kübrə verilməsi yazmaqla qanunsuz küllü miqdarda gəlir əldə etmişdir. Bu məqsədlə İmişli rayonunda 7 ədəd böyük anbarı var.
    Məmməd Məmmədovun yaxın qohumu Cahan Məmmədovun dəstəyi nəticəsində İmişli və Saatlı rayonlarında 5 -dən cox qum və qrabel idtehsal edən karxana əldə etmişdir ki birada da Cahanın İdarə heyəti üzvü oldugu SU TƏDƏRRÜFATI VƏ MELİORASİYA ASC-yə məxsud texnikalar işləyir.
    Məmmədin qanunsuz əldə etdiyi pullsr hesabına imişli rayonunds 4 ədəd yanacaq doldirma məntəqəsi vardır ki bu məntəqələrdə qanunsuz fəaliyyətlə yanaşı, haram yollarla əldə edilib.
    Cənab Prezdent!
    Mən şikayət etmədiyim orqan qalmayıb, lakin şikayətimə baxan yoxdur.
    Sizdən xahiş edirəm Məmməd və Cahan Məmmədovun qanunsuz hərəkətlərinə son qoyulması və onlardan mənim pulumun alınıb qaytarılmasına tapşırıq və göstərişinizi verəsiz.
    Mürşüd Mirzəyev,
    İmişli rayonu, Agcüyür
    050 501 72 15"
    P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR