AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Arzu Babayeva ziyarətçiləri milli parklarda olarkən davranış qaydalarına əməl etməyə çağırıb

  • + A
  • - A
  • 8-08-2022, 12:38

    Arzu Babayeva ziyarətçiləri milli parklarda olarkən davranış qaydalarına əməl etməyə çağırıb

    Azərbaycanın zəngin flora və faunası ilə diqqət çəkən milli parklarına gələn turistlərin sayı ötən illərlə müqayisədə artmaqda davam edir. Lakin, insanların istirahət məkanına çevrilən milli parklara, təəssüf ki, bəzi vətəndaşlarımız yetərincə diqqət göstərmir. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

    O qeyd edib ki, milli parklarda aparılan monitorinqlər zamanı bəzi turistlərin parkın davranış qaydalarına əməl etməməsi, ərazilərin tullantılarla çirkləndirilməsi, ocaq qalanması, ağac və kolların zədələnməsi, eləcə də sahilyanı milli parkların çimərlik üçün nəzərdə tutulmayan ərazilərindən çimərlik məqsədilə istifadə edilməsi hallarına rast gəlinib.

    Xidmət rəsmisi bütün təbiətsevərlərə müraciət edib ki, milli parkları ziyarət edərkən parkda davranış qaydalarına əməl etsinlər, ətraf mühitin çirklənməsinə yol verməsinlər, yanğına şərait yarada biləcək hərəkətlərdən çəkinsinlər, təhlükəsizlik tədbirləri görülməyən ərazilərdən çimərlik məqsədilə istifadə etməsinlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR