Bu gün paytaxtın Nizami rayonunda "Mehnur" reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlərin patrul.az tərəfindən yayılan videosu bütün ölkəni ayağa qaldırdı. Mərkəzdə çalışan hər kəsin bu işdə günahkar oıduğunu hesab etsək də, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.
Bu maddə ilə həbs edilənləri hansı cəza gözləyir?
Azadmedia.az hüquqşünas, Vəkillər Kollegiyasını üzvü Mehman Muradlı ilə sözügedən maddə ilə həbs edilənləri hansı cəzanın gözləməsini araşdırıb.
M.Muradlı əməkdaşımızla söhbət zamanı qeyd etdi ki, Mərkəz işçilərinin hərəkəti 133.2.1 və 133.2.3-lə qiymətləndirilərsə, köməksiz vəziyyətdə olan uşaqlara işgəncə verənləri 2 ildən 5 ilə qədər həbs cəzası gözləyir.İnanırıq ki, uşaqlara həssaslığı ilə seçilən dövlətimiz sözügedən şəxsləri qanunun imkan verdiyi ən ağır cəza ilə cəzalandıracaq.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.