Xəzər rayonu, Buzovna qəsəbəsi, "Rahat Market"in qarşısındakı quru və qəzalı vəziyyətdə olan ağacların yerinə bu gün rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən yeni ağaclar əkilib. Bunu
Azadmedia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.
Xatırladaq ki, Xəzər rayonu ərazisinin müxtəlif ünvanlarında quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı rayon İcra Hakimiyyətinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciəti əsasında qurumuş şam ağaclarının götürülərək əvəzinə yeni ağacların əkilməsi şərtilə rəy verilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.