AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə ilk Səyyar ASAN xidmət yekunlaşıb

  • + A
  • - A
  • 6-09-2022, 11:28

    Türkiyədə ilk Səyyar ASAN xidmət yekunlaşıb

    30 avqust – 4 sentyabr 2022-ci il tarixində Türkiyə Respublikasının Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) günləri çərçivəsində Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstərilib. Bu müddətdə 400-ə yaxın vətəndaşımızın işi asanlaşıb.

    Xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobus vasitəsi ilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi kimi xidmətlər göstərilib.

    Ölkə xaricində ilk dəfə gerçəkləşən Səyyar ASAN xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “ABB” ASC-nin maliyyə tərəfdaşlığı ilə təşkil olunub.

    Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR