AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Növbəti həftə daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon”u qurulacaq

  • + A
  • - A
  • 18-02-2023, 15:04

    Növbəti həftə daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon”u qurulacaq

    SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə ( 20-21.02.2023 və 23-24.02.2023 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Şamaxı rayonunda (Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi), 2-ci günü saat 13:00-14:00-a dək Ucar rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü saat 11:00-dan 12:00-dək Kürdəmir rayonunda (Heydər Əliyev Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Qobustan rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR