AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hacıqəhrəmanlı qəsəbəsinin sahibkarları "Açıq mikrofon"da müraciətlərini ünvanladı

  • + A
  • - A
  • 11-05-2023, 18:17

    Hacıqəhrəmanlı qəsəbəsinin sahibkarları "Açıq mikrofon"da müraciətlərini ünvanladı

    SOCAR "Azəriqaz" İB-nin sahibkarlarla bu həftəlik görüşü Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş tutub. Aksiyanı giriş sözü ilə açıq elan edən Salyan RQİİ-nin rəisi sahibkarların qaz təchizatında üzləşdiyi problemləri dinləməyə hazır olduqlarını və Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacağını bildirib. Daha sonra KOBİA-nın nümayəndəsi çıxış edərək sahibkarlara hər zaman dəstəyin göstəriləcəyini vurğulayıb. Mikrofon önünə keçən 20-yə yaxın sahibkarın müraciətləri isə müxtəlifyönümlü olub ki, bunlar da debitor borca görə güzəştlərin bu il də davam etdirilməsi, istixana sayğacının yerinin dəyişdirilməsi, bəzi hallarda qazın təzyiqinin zəif olmasından ibarət olub. "Səyyar qəbul otağı"nda sahibkarların problem və təklifləri aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR