AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Respublika fənn olimpiadalarının nəticələri açıqlandı - 490 şagird qalibdir

  • + A
  • - A
  • 15-05-2024, 16:41

    Respublika fənn olimpiadalarının nəticələri açıqlandı - 490 şagird qalibdir


    2023-2024-cü tədris ilində VIII, IX, X və XI sinif şagirdləri arasında riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə keçirilən Respublika fənn olimpiadalarının nəticələri bəlli olub.

    Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan məlumat verilib. Məlumatda qeyd olunub ki, 8 müxtəlif fənn üzrə 490 nəfər qalib olub. 84 şagird qızıl medal, 163 şagird gümüş medal, 243 şagird isə bürünc medal qazanıb.

    Qaliblərdən 150 nəfəri yəni 31%-i qız, 340 nəfəri, yəni 70%-i isə oğlan şagirdlərdir. Qızlar ən çox Azərbaycan dili və ədəbiyyat fənni üzrə (48 nəfər), oğlanlarımız isə ən çox informatika fənni üzrə (57 nəfər) qalib olublar.

    Qaliblərin təhsil aldıqları siniflər üzrə göstəricisinə gəlincə, onların 14 faizi (70 nəfər) VIII sinif, 35 faizi (171 nəfər) IX sinif, 26 faizi (128 nəfər) X sinif və 25 faizi (121 nəfər) isə XI sinif şagirdləridir.

    Respublika Fənn Olimpiadalarının qalibləri ölkənin 46 müxtəlif rayon və şəhərindən, 204 müxtəlif ümumtəhsil müəssisəsində təhsil alanlardır. Həmçinin qalib olan 490 nəfərdən 9-u qəsəbə məktəbində, 74 nəfəri isə kənd məktəblərində təhsil alan şagirdlərdir.

    Qalib şagird sayına görə top 10-da olan ümumtəhsil müəssisələri:

    1. Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey – 64 qalib
    2. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi – 37 qalib
    3. Gəncə şəhər, fizika, riyaziyyat və informatika təmayüllü lisey – 24 qalib
    4. Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi – 22 qalib
    5. Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya -19 qalib
    6. Şəki şəhəri, Kimya, biologiya təmayüllü lisey – 13 qalib
    7. Sumqayıt şəhəri, 23 nömrəli tam orta məktəb - 10 qalib
    8. Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına lisey – 10 qalib
    9. Şirvan şəhəri, 1 nömrəli tam orta məktəb – 7 qalib
    10. Şirvan şəhəri, Kimya biologiya təmayüllü lisey – 7 qalib

    Nəticələri ən yaxşı olan kənd məktəbləri:

    1. Neftaçala rayonu, Aşağı Surra kənd Z.Əsgərov adına tam orta məktəb – 3 qalib
    2. Cəbrayıl rayonu, Tatar kənd tam orta məktəb – 3 qalib
    3. İsmayıllı rayonu, Diyallı kənd A.Məmmədov adına tam orta məktəb – 2 qalib
    4. Tovuz rayonu, Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəb – 2 qalib
    5. Quba rayonu, Əliməmmədoba kənd tam orta məktəb – 2 qalib
    6. Abşeron rayonu, Masazır kənd 2 nömrəli tam orta məktəb – 2 qalib
    7. Masallı rayonu, Sığdaş kənd tam orta məktəb - 2 qalib
    8. Lənkəran rayonu, Şürük kənd tam orta məktəb – 2 qalib
    9. Saatlı rayonu, Varxankənd Ə.Şüküroğlu adına tam orta məktəb- 2 qalib
    10. Oğuz rayonu, Xaçmaz kənd M.F.Axundov adına 1 nömrəli tam orta məktəb – 2 qalib.

    Şagirdləri qızıl medala layiq görülən 50 müxtəlif ümumtəhsil müəssisəsi arasından 13 məktəb kənd məktəbidir.

    Olimpiadada iştirak edən 2 şagird iki müxtəlif fənn - həm riyaziyyat, həm də informatika fənni üzrə qalib olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR