Bu günə qədər Rusiya aviakompaniyalarına məxsus 77 təyyarə xarici ölkələrdə qalıb.
AzadMedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bildirib.
“İndiyə qədər 77 təyyarəmiz xaricdə saxlanılıb. Biz onlardan birini geri qaytara bilmişik. Hər bir təyyarə üçün mübarizə aparırıq”, - deyə Savelyev qeyd edib.
Onun sözlərinə görə, təyyarələrin bir hissəsi icarədarların qərarı ilə saxlanılıb, bəziləri isə Avropa səmasının bağlanması səbəbindən uçuş edə bilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.