AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ və Azərbaycan arasında Əməkdaşlıq Şurasının iclasının vaxtı məlum oldu

  • + A
  • - A
  • 12-07-2022, 20:20

    Aİ və Azərbaycan arasında Əməkdaşlıq Şurasının iclasının vaxtı məlum oldu


    Brüsseldə Avropa İttifaqı və Azərbaycan arasında Əməkdaşlıq Şurasının on səkkizinci iclası keçiriləcək. İyulun 19-daİ keçiriləcək iclasa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sədrlik edəcək.

    AzadMedia.az Avropa İttifaqı Şurasının rəsmi saytına istinadən xəbər verir ki, Aİ-nin nümayəndə heyətinə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel rəhbərlik edəcək.


    Əməkdaşlıq Şurası Aİ-Azərbaycan ikitərəfli münasibətlərində mövcud vəziyyəti və növbəti addımları müzakirə edəcək, diqqəti Aİ-Azərbaycan tərəfdaşlıq prioritetləri və sektoral əməkdaşlığa, eləcə də Şərq Tərəfdaşlığına, İqtisadi və İnvestisiya Planının icrasına yönəldəcək.

    Bundan başqa Əməkdaşlıq Şurası siyasi məsələlər, o cümlədən regional problemlər, demokratiya, qanunun aliliyi və insan hüquqları ilə bağlı fikir mübadiləsi aparılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR