Taxıl dəhlizi ilə bağlı danışıqlar sabah İstanbulda keçiriləcək.
Danışıqlarda Rusiyadan başqa BMT və Ukrayna nümayəndələri iştirak edəcək.
Ukrayna limanında gözləyən taxılın beynəlxalq bazarlara daşınması üçün saat 14:00-da Türkiyə, Rusiya, Ukrayna hərbi nümayəndə heyətləri və BMT nümayəndə heyəti İstanbulda bir araya gələcək.
Milli Müdafiə Naziri Hulusi Akar açıqlama verərək bildirib ki, Rusiya və Ukrayna Müdafiə Nazirliklərinin hərbi heyəti İstanbulda Ukrayna limanında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.