Rusiyanın ən böyük banklarından biri olan "Home Credit Bank "ın İdarə Heyətinin sədri Aleksandr Antonenko iyulun 15-də istefa verəcək.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra onun vəzifəsini "QIWI Bank" əməliyyat blokunun rəhbəri olmuş Aleksandr Skabara tutacaq.
May ayında Home Credit Bankının (Çexiya PPF bankının törəmə şirkəti) Rusiyanı tərk edəcəyi və "Home Credit and Finance" bankındakı 49,51 faiz payını bir qrup özəl investora satacağı bildirildi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.