“Türkiyədə 15 İyul 2016-cı ildə baş verən dövlət çevirilişi cəhdindən cəmi ay yarım sonra “Fırat Qalxanı” (Suriyada - red.) əməliyyatına başladıq. Afrikadan Qafqaza, Qara dənizdən Aralıq dənizinə qədər geniş bir coğrafiyada əvvəllər olmadığımız qədər aktivləşdik”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alaniyada “15 iyul - Demokratiya və Milli Birlik Günü” bayramına həsr olunmuş çıxışı zamanı deyib.
Çavuşoğlu qeyd edib ki, artıq bu coğrafiyalarda Türkiyənin iştirakı olmadan sülh və sabitlikdən danışıla bilməz: “Bunu ən son Ukrayna böhranında görürsüz. Həm müharibənin dayandırılması, həm də ərzaq böhranının aradan qaldırılması üçün ən önəmli aktor Türkiyədir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.