AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan və Rusiya XKX rəhbərləri müzakirə APARDILAR

  • + A
  • - A
  • 18-07-2022, 20:40

    Ermənistan və Rusiya XKX rəhbərləri müzakirə APARDILAR


    Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan və Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bu gün İrəvanda kəşfiyyat məlumatlarının mübadiləsi imkanlarını müzakirə ediblər.

    AzadMedia.az TASS-a istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri kəşfiyyat məlumatlarının mübadiləsi imkanlarını müzakirə ediblər.

    “Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək mənə qismət oldu. Bundan əlavə, həmkarım, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanla da işgüzar görüşüm oldu. Görüşlər və danışıqlar zamanı ölkələrimiz arasında strateji tərəfdaşlığın məzmununa yüksək qiymət verilib. Bu əməkdaşlığın bir hissəsi xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətidir və bu gün bütün xarici həm Ermənistana, həm də Rusiyaya qarşı təhdidləri müəyyən etmək və qarşısını almaq üçün tədbirlər, kəşfiyyat məlumatlarının mübadiləsini, birgə əməkdaşlığı müzakirə etdik.”, – Narışkin danışıqlardan sonra jurnalistlərə bildirib.

    O əlavə edib ki, tərəflər növbəti illər üçün birgə iş planı hazırlayır.

    Qeyd edək ki, Sergey Narışkin də Ermənistana Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə eyni vaxtda gəlib. Narışkinin sözlərinə görə, onun Ermənistan paytaxtına səfəri amerikalı həmkarının gəlişi ilə qətiyyən bağlı deyil.

    “Mən istisna etmirəm ki, onun səfəri mənim səfərimlə bağlıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR