ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzləri (CDC) uşaqlar arasında iki nəfərin meymunçiçəyinə yoluxduğunu bildirib.
AzadMedia.az xarici mətbuata istinadən xəbər verir ki, xəstə uşaqlar müalicə olunur. Onların birlikdə yaşadıqları qohumlarından yoluxduğu güman edilir.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus bu həftə dünyada meymunçiçəyinə yoluxma hallarının sayının 14 minə çatdığını, yoluxma hallarının dünyanın 70-dən çox ölkəsində qeydə alındığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.