İsrail Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın paytaxtı Dəməşq yaxınlığında hərbi obyektlərə aviazərbələr endirib.
Bu barədə AzadMedia.az UNİAN-a istinadən xəbər verir. Məlumata əsasən aviazərbələr nəticəsində ümumilikdə 8 nəfər həlak olub.
Aviazərbələr, həmçinin Dəməşqin Sayeda-Zeynab rayonunda yerləşən və İrana məxsus olduğu bildirilən pilotsuz uçuş aparatı istehsalı üzrə müəssisəyə də endirilib.
Zərbə nəticəsində İrana məxsus olan silah anbarı tamamilə məhv edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.