Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinin dünyanın 50-dən artıq ölkəsinə yayılmasını nəzərə alaraq bu virusla bağlı “beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət“ elan edib.
Beynəlxalq qurumun Baş direktoru Tedros Qebreyesus virusla bağlı səhiyyə sahəsində ən yüksək xəbərdarlıq pilləsinin qüvvəyə mindiyini bildirib. Koronavirus pandemiyasından fərqli olaraq, meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyətin elan edilməsi təxirəsalınmaz praktiki nəticələr doğurmasa da, bu dəyərləndirmə üzv dövlətlərin hökumətlərini virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırır. Buraya səhiyyə işçiləri və dövlət qurumlarını məsələ ilə bağlı həssaslığını gücləndirmək, şübhəli hallar müəyyən edilərkən müvafiq tədbirləri görmək və eləcə də əhali arasında yoluxmadan qorunmaq üçün maarifləndirmə işini gücləndirmək daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.