Azadmedia.az xəbər verir ki, Səudiyyə Ərəbistanı İslami və ictimai dəyərlərə zidd olan reklamların silinməsi üçün Youtube-a müraciət edib, İslami və sosial dəyərlərə zidd olan reklamları YouTube-dan silmək istədiyini açıqlayıb.
Səudiyyə Ərəbistanının Audio-Vizual Media Baş İdarəsi ilə Rabitə və İnformasiya Texnologiyaları Komissiyasının birgə bəyanatında Youtube-un Səudiyyə Ərəbistanında istifadəçilər üçün ölkənin media məzmunu qaydalarına zidd və İslam dininə zidd reklamlar göstərdiyi bildirilib.
Audio-Vizual Media Baş İdarəsi və Rabitə və İnformasiya Texnologiyaları Komissiyası tərəfindən Youtube-dan sözügedən reklamların silinməsi üçün müraciət edildiyi, silinmədiyi təqdirdə lazımi hüquqi tədbirlərin görüləcəyi bildirilib. Haber Global
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.