AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kubada Denge qızdırmasına yoluxma artır

  • + A
  • - A
  • 31-07-2022, 13:00

    Kubada Denge qızdırmasına yoluxma artır


    Kubada Denge qızdırmasına yoluxma artır.

    AzadMedia.az-ın “Granma” qəzetinə istinadən verdiyi xəbərə görə, Kuba Səhiyyə Nazirliyi Denge qızdırması ilə əlaqədar profilaktika və nəzarətin artırılması barədə göstəriş verib.
    Həftə ərzində Denge qızdırmasına 23,7 min yoluxma qeydə alınıb. Bu, bundan öncəki həftə ilə müqayisədə 6 min, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 15 faiz çoxdur.

    Qeyd edək ki, ağcaqanadlar vasitəsi ilə yayılan Denge virus infeksiyasıdır, daha çox tropik və subtropik regionlarda rast gəlinir. Xəstəliyin əlamətləri yüksək temperatur, ürəkbulanma, səpgi, baş və bel ağrısıdır. Qızdırmanın hemorragik variantı ağır daxili qanaxma ilə müşayiət olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR