AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kim Çen Inın bacısı Şimali Koreyada Covid yaymağa çalışdığı üçün Seulu məhv etməklə hədələyib

  • + A
  • - A
  • 11-08-2022, 12:46

    Kim Çen Inın bacısı Şimali Koreyada Covid yaymağa çalışdığı üçün Seulu məhv etməklə hədələyib

    Kim Ye-jonqun sözlərinə görə, virusun respublikada yayılması sərhədyanı ərazilərdən başlayıb

    Şimali Koreya Cənubi Koreya hakimiyyətini koronavirusu ölkəyə gətirməyə cəhd edərsə, onları məhv etməklə hədələyib. Azadmedia az xəbər verir ki, bu barədə cümə axşamı KXDR liderinin kiçik bacısı, Fəhlə Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdir müavini vəzifəsini tutan Kim Ye-congun yaydığı bəyanatda deyilir:
    "Əgər düşmən virusun ölkəmizə nüfuz etməsini asanlaşdırmaq kimi təhlükəli əməllərində israrlı olsa, biz buna təkcə virusu məhv etməklə deyil, həm də Cənubi Koreya hakimiyyətini məhv etməklə cavab verəcəyik", - deyən Kim Ye-jonqun sözlərinə görə, KXDR koronavirusun Cənubi Koreya ilə həmsərhəd ərazilərdən yayılmağa başlamasından narahatdır. "Danılmaz faktdır ki, virusa yoluxmuş bir şəxs və ya bir obyekt bir anda bir çox başqa insana yoluxa bilər və ciddi böhran yarada bilər. Buna əsasən belə qənaətə gəlirik ki, Cənubi Koreyadan davamlı zibil axınına artıq göz yuma bilmərik. Bu, sadəcə olaraq, qeyri-etik cinayətdir. Əsas odur ki, Cənubi Koreyalı kuklalar ərazimizə vərəqələr və çirkli əşyalar atmağa davam edir", - o əlavə edib.

    Xatırladaq ki, Bundan əvvəl KXDR lideri Kim Çen In epidemiyaya qarşı tədbirlərə həsr olunmuş iclasda ölkədə koronavirus üzərində qələbəni elan edib. KXDR-də koronavirusun yayılması fonunda aprelin sonundan bəri müəyyən edilmiş qızdırma hallarının ümumi sayı 4,77 milyon nəfəri ötüb, onlardan 99,99%-i sağalıb. Son məlumatlara görə, xalq respublikasında 74 xəstə dünyasını dəyişib. Ölüm nisbəti 0,002% təşkil edir.
    Mayın 12-də KXDR ilk dəfə olaraq ölkə ərazisində koronavirus infeksiyasının aşkarlanması barədə məlumat verib. Gündəlik artım mayın 15-də maksimum həddə (392 920) çatıb, bundan sonra göstərici tədricən azalıb. İyulun 30-da ölkə rəsmiləri ilk dəfə olaraq ötən gün ərzində hər hansı yeni qızdırma halının aşkar edilmədiyini bildirdilər.


    Tərcümə etdi: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR