Bu barədə siyasətçini ziyarət edən nevroloq Otar Toidze bildirib.
O bildirib ki, “Bir aya yaxındır ki, Mixeil Saakaşviliyə baş çəkmirdik. Onu birinci və sonuncu ziyarətim arasında dramatik fərq var. O vaxt onun nitqində və yeriməsində indiki kimi problem yox idi. Bu, xəstəliyin üçüncü ağırlıq dərəcəsidir, yəni ölümqabağı mərhələsidir”.
Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili mayın 12-də Rustaveli həbsxanasından Tbilisidə yerləşən “Vivamed” klinikasına köçürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.