Rusiyanın paytaxtı Moskvada hava təhlükəsinin “narıncı” səviyyəsi yenidən qüvvəyə minəcək.
Bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzi xəbər verib.
Meteorologiya qurumunun avqustun 13-ü saat 12:00-dan avqustun 15-i saat 12:00-dək qüvvədə olan xəbərdarlığında deyilir:
“Bəzi yerlərdə kəskin isti, gündüz 30-32 dərəcə isti olacaq”.
Sonuncu dəfə avqustun 3-dən 7-dək Moskvada hava təhlükəsinin “narıncı” səviyyəsi qüvvədə olub. Moskvanın hava bürosundan bildirilib ki, bu yayın və bütün 2022-ci ilin ən isti günü hələ də iyulun 11-i olaraq qalır - həmin vaxt 32,8 dərəcə temperatur qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.