ABŞ hakimiyyəti Avropaya daha 260 hərbçi göndərəcək.
Bu barədə ABŞ Quru Qoşunlarının mətbuat xidmətindən bildirilib.
"ABŞ Ordusu bu gün Avropa və NATO müttəfiqlərimizi dəstəkləmək üçün 101-ci Diviziya Briqadası Qərargahının Kentukki ştatının Fort-Kempbell şəhərindən payızda göndərəlicəyini elan edib. Təxminən 260 hərbçidən ibarət kontingent göndəriləcək", - deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, hərbçilərin göndərilməsi müvəqqəti olacaq. Dəqiq tarix və istiqamət açıqlanmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.