Son minillikdə müşahidə olunan ən güclü quraqlıq ABŞ-da ketçupun bahalaşmasına səbəb olub.
AzadMedia.az-ın “Bloomberg”-ə istinadən verdiyi xəbərə görə, Kaliforniyada son 1200 ildə qeydə alınan ən güclü quraqlığın yol açdığı su çatışmazlığı səbəbindən pomidor, tomat və sous bahalaşıb.
Yanacaq və gübrənin bahalaşması da pomidorun qiymətini artırır.
Kaliforniya Pomidor İstehsalçıları Assosiasiyasının rəhbəri Mayk Montna bildirib ki, bazarın tələbini ödəmək üçün yetərli ehtiyata malik olmayacaqları ana yaxınlaşırlar.
Qeyd edək ki, bundan əvvəl Hindistanda pomidorun bahalaşması ölkədə siyasi sabitliyi təhlükə altında qoyub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.