Almaniya kansleri Olaf Şolts Rusiyanı etibarsız enerji təchizatçısı adlandırıb.
Bu barədə TASS-ın məlumatında deyilir.
Şolz qeyd edib ki, Ukraynadakı münaqişə Almaniyaya mənfi təsir göstərir, lakin Berlin Kiyevi dəstəkləməyə davam edəcək. O, ölkəni çətin günlərin gözlədiyini, lakin bu qışdan sağ çıxacağını proqnozlaşdırıb. Kansler bu vəziyyətə görə məsuliyyəti Rusiya tərəfinin üzərinə atıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.