Zəngəzurda küçələri asfaltlamaq üçün icmadakı hər ailədən 5 min dram (təxminən 2 min manat) yığırlar.
Azadmedia.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycanla sərhəddə yerləşən Teq icmasının (Ərəvis kəndi) sakinlərindən həm də yanacaq üçün pul yığılır.
"Burda hər ailəyə 5 min dramla hesablasaq, 2,5 milyon dram (təxminən 105 min manat) olur. Hər yerdə sərhəd bölgəsinə dəstək olurlar, bizim icra nümayəndələri bizdən pul yığır", - icma nümayəndələri bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.