AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Onlara yeni vəzifə verildi

  • + A
  • - A
  • Bu gün, 10:44

    Onlara yeni vəzifə verildi

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub.

    Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrləri ilə Vəfa Yaqublu və Arslan Hacıyev bu vəzifələrə təyin ediliblər.

    Vəfa Yaqublu bu təyinatadək Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbələrinin müdiri olub. Arslan Hacıyev isə ötən ilin noyabr ayından Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR