Azərbaycanlı aktyor, Əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxub.
AzadMedia.az Baku.ws-ə istinadən xəbər verir ki, aktyor xəstəxanaya yerləşdirilib. Ondan götürülmüş koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Hazırda temperaturu bir qədər yüksək olsa da, Bəhram Bağırzadənin vəziyyəti stabildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.