“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Beynəlxalq valyuta birjalarda avronun qiymətində bahalaşma müşahidə edilir. Təhlillərə əsasən, bahalaşma 1.14$-a kimi davam edə bilər. Bununla yanaşı, bu həftə Avrozonanın xarici ticarət, inflyasiya və sənaye sektorlarına dair dərc ediləcək fundamental göstəricilər də önəmli rol oynayacaqdır. Avropa Mərkəzi Bankının cümə axşamı dərc ediləcək faiz qərarı və gələcək monetar siyasətinə dair açıqlanacaq məlumatlar da diqqət mərkəzindədir.
GBP.
Eyni tendensiya GBP/USD məzənnəsində də davam edir. Burada isə qiymətin 1.28$-a kimi davam edəcəyi proqnozlaşdırılır və həftə İngiltərə iqtisadiyyatı ilə bağlı yayımlanacaq göstəricilər fonunda da zəngindir. Belə ki, investorlar sənaye sektoru, iqtisadi inkişaf, xarici ticarət və əmək bazarı ilə bağlı yayımlanacaq göstəriciləri böyük maraqla gözləyirlər.
TRY.
USD/TRY məzənnəsi isə 6.88-6.85TL aralığında dalğalanmaqda davam edir və qiymət gələn həftə TCMB tərəfindən açıqlanacaq yeni faiz qərarına kimi cari səviyyələr aralığında dalğalanmaqda davam edəcəyi proqnozlaşdırılır.
OIL.
Qlobal iqtisadiyyatda canlanma ehtimalları enerji birjalarında neft qiymətlərinə də dəstək olmaqdadır. Avropanın Brent neftinin bir barel qiyməti keçən həftə ərzində 43$ ətrafında ticarət edilib və 44$-ın qırılması ilə 46$-a kimi də dəyər qazana bilər. Bunun üçün cari həftə ərzində yayımlanacaq önəmli fundamental məlumatları izləmək lazımdır.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlərin diqqət mərkəzindədir.
GOLD.
Foreks bazarlarında dolların təzyiq altında olması, qızıla olan tələbi də artırır. Beləliklə, artıq 1800$ üzərində təklif edilən bir unsiya üzrə qiymət, sonuncu səviyyənin üzərində möhkəmləndikcə 1826$-a (58.7 $/qram) kimi dəyər qazana bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi vəwww.investaz.azveb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.