AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Son qərar ölkədə qiymət artımına səbəb olacaq? - DGK

  • + A
  • - A
  • 25-08-2020, 14:58

    Son qərar ölkədə qiymət artımına səbəb olacaq? - DGK


    Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklər etməsi ölkədə qiymət artımına səbəb olmayacaq.

    AzadMedia.az Report-a istinadən xəbər verir ki, bunu İTV-nin efirində Dövlət Gömrük Komitəsinin (DGK) hüquqi təminat idarəsinin rəisi Sənan Muxtarov bildirib.

    "Bəzən deyirlər ki, bu qərar qiymətlərin artımına gətirib çıxaracaq. Amma elə deyil. Dövlətin kifayət qədər antiinhisar qurumları var. Bu sahədə vəziyyətə nəzarət olunacaq ki, vətəndaşlar əziyyət çəkməsinlər", - deyə o, qeyd edib.

    Bundan başqa, gömrük rəsmisi vurğulayıb ki, son qərarla sözügedən qaydaların bəzi bəndləri sadələşdirilib: "Məsələn, bəyanetmə prosesini sadələşdirmişik, artıq mal sahibi ilə yanaşı, onun nümayəndəsi də ölkəyə gətirilən malı bəyan edə bilər".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR