AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fatih Terim: “Pandemiyadan sonra Bakıda özəl bir matç keçirə bilərik”

  • + A
  • - A
  • 16-09-2020, 18:57

    “Qalatasaray”ın baş məşqçisi Fatih Terim “Neftçi” ilə oyun barədə danışarkən maraqlı məqamlara toxunub.

    O, Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında azərbaycanlı azarkeşlərə söz verib:

    “İndi pandemiyaya görə “Neftçi” ilə oyun azarkeşsiz keçiriləcək. Amma sizə söz verirəm ki, pandemiyadan sonra Bakıda özəl bir matç keçirə bilərik. Çünki burada “Qalatasaray” sevgisi çox fərqlidir.

    “Qalatasaray”da azərbaycanlı futbolçuların oynaması üçün nə lazımdır? Birincisi, “Qalatasaray”ı seçməli, bu komandada oynamaq istəyi çox olmalıdır. İkincisi, özündə də rəqabət apara biləcək istedad olmalıdır. Mən də istərdim ki, qardaş ölkədən bir futbolçu bizdə oynasın".

    Türkiyəli məşqçi Füzuli Məmmədovun “Qalatasaray”ı məğlub edəcəyik deməsinə də münasibət bildirirək deyib ki, bu, normaldır:

    “Deyəsi deyil ki, məğlub olacağıq. Mən iddialı danışan adamları sevirəm. Bakı Olimpiya Stadionu Türkiyə millisinin AVRO 2020-də iki matç keçirəcəyi stadiondur. Əvvəllər Tofiq Bəhramov adına stadionda oynayırdınız. Ümid edirəm ki, sabah bu stadion bizim üçün uğurlu olacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR