AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskva- Bakı aviareysini “Aeroflot” yerinə yetirəcək

  • + A
  • - A
  • 4-02-2021, 18:02



    Rusiyanın “Aeroflot” aviaşirkəti Moskva- Bakı- Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır (“Şeremetyevo” hava limanı).

    Heydər Əliyev Beynəlxalq Aeroportundan Azadmedia.az a verilən məlumata görə, uçuşlar həftədə iki dəfə - birinci və dördüncü günlər həyata keçiriləcək.

    Aviaşirkətin birinci reysi Bakıya fevralın 18-də yerli vaxtla saat 01:25-də gələcək, Azərbaycanın paytaxtından uçuş isə yerli vaxtla saat 02:55-də baş tutacaq.

    Bundan əlavə, fevralın 17-dən etibarən həmçinin Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayır. Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək.

    Yalnız Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin saytındakı siyahıda qeyd edilən şəxslər “COVID-19” pandemiyası dövründə Rusiyaya giriş hüququna malikdir:
    My Webpage


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR