İbrahim Cəfərov,
Professor, ADAU-nun rektoru2 iyul Azərbaycanda Polis Günüdür.
Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmana əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.
Azərbaycan polisi istər Birinci Qarabağ Müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, istərsə də Vətən Müharibəsində fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların doqquz yüzdən çox şəxsi heyəti Qarabağ uğrunda müharibədə şəhid olub.
Polisin sıralarında xeyli sayda “Milli Qəhrəman” adına, habelə orden və medallarla təltifə layiq görülənlər var. Elə koronavirusla mübarizədə də onların üzərinə böyük yük düşüb. Açıq havada aylarla xalqın xidmətində duran polislərimizin əziyyətini heç vaxt unutmayacağıq.
Azərbaycan Polisi bu il peşə bayramlarını qürurla qalib ölkənin asayiş keşikçiləri kimi keçirdilər. Bu gün xəbərlərdə izlədim Kəlbəcər, Şuşa və işğaldan azad edilən digər ərazilərimizdə polislərin peşə bayramı qeyd olunub. Bundan gözəl kəlmə varmı? Azərbaycan polisi hər zamankı kimi dövlətin diqqət mərkəzindədir. Bugün verilən qərarlar, təltiflər bunu bir daha sübut edir.
Azərbaycan Polisini bu əlamətdar gün, peşə bayramları münasibətilə təbrik edirik!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.