Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin əsgərləri "Komando marşı"nın müşayiəti ilə Davraz dağına çıxaraq Qarabağ Müharibəsi şəhidlərini yad ediblər.
AzadMedia.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən edilən açıqlamada komandoların şəhidlərin xatirəsini yad etmək üçün İspartadakı Davraz dağına qalxdığı bildirilib.
Açıqlamada, toplantıya azərbaycanlı və somalili kursantların da daxil olduğu 3 min personalın qatıldığı bildirilib.
MMN-nin yaydığı videoda dağın zirvəsində Türkiyə, Azərbaycan və Somali bayraqlarını açan əsgərlərin görüntüləri də yer alıb.
Nazirliyin yaydığı açıqlamada, "Şəhidlərimizi rəhmət, minnət və sayğı ilə anırıq", deyilir.