AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azərbaycan xalqının Nargin adasında saxlanılan “mehmetçik”lərə etdiyi yardımları minnət və şükranlıqla anırıq" - Hulusi Akar

  • + A
  • - A
  • 5-01-2021, 16:00



    “Sarıqamış şəhidlərinin yad edildiyi bu mənalı gündə “bir millət, iki dövlət” ifadəsinin gözəl nümunəsini sərgiləyən qardaş Azərbaycan xalqının Nargin adasında məcburi saxlanılan “mehmetçik”lərə etdiyi yardımları minnət və şükranlıqla anırıq”.

    Busaat.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

    Nazir qeyd edib ki, Türkiyə can qardaşı olan Azərbaycanın haqlı davalarında sonuna qədər bütün imkanları ilə yanındadır: “Azərbaycanlı qardaşlarımızla sevincdə və kədərdə bir və bərabərik. Bu duyğu və düşüncələrlə Qazi Mustafa Kamal Atartürk və silahdaşlarını, Sarıqamış şəhidləri başda olmaqla bütün şəhidlərimizi, qazilərimizi bir daha rəhmət və minnətlə yad edir, qəhrəman qazilərimizə, şəhid və qazilərin qiymətli ailələrinə hörmət və şükranlarımı bildirirəm”.

    Qeyd edək ki, “Sarıqamış” əməliyyatının 106-cı ildönümüdür. Rusiya imperiyası ilə Osmanlı imperiyası arasında 1914-cü ilin dekabr ayından 1915-ci ilin yanvarına qədər Sarıqamış bölgəsində gedən döyüşlərdə 33 mindən çox türk əsgəri həlak olmuşdu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR