Ermənistan Parlamentinin nümayəndə heyəti Xankəndiyə göndərilir

Ermənistan Milli Məclisinin nümayəndə heyəti Xankəndiyə göndəriləcək.
Azadmedia.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Milli Məclis sədrinin "Ermənistan Respublikası Milli Məclisi deputatının fəaliyyətinin təminatları haqqında” sərəncamında qeyd olunub.
Əldə olunan məlumata görə, erməni deputatlar Qarabağdakı separatçı qurumun qeyri-qanuni "deputatları" ilə birgə parlament dinləmələri keçirəcəklər.
Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistan rəsmilərinin Qarabağa qeyri-qanuni səfərlərinin davam edəcəyi halda sərt addımlar atacağını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.