Türkiyə Böyük Millət Məclisi (TBMM) Şuşa Bəyannaməsini təsdiqləyib.
AzadMedia.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Bəyannamə TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi adıçəkilən komissiya tərəfindən yüksək qiymətləndirilib, zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim edilib.
Bəyannamənin təsdiqi ilə bağlı qanun layihəsinin lehinə 266 deputat, əleyhinə isə 11 deputat səs verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.