AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunan çoxtərəfli məsləhətləşmələr keçirilib - FOTO

  • + A
  • - A
  • 31-03-2022, 15:49

    Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunan çoxtərəfli məsləhətləşmələr keçirilib - FOTO

    Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunan çoxtərəfli məsləhətləşmələr keçirilib.

    DMX-dən Azadmedia.az-a verilən məlumata görə, onlayn görüş, may ayında Nyu-York şəhərində keçiriləcək ilk Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunan “Miqrasiya üzrə Qlobal Paktın icrasında gənclərin rolu” mövzusunda təşkil edilib.

    Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil edilən birinci çoxtərəfli məsləhətləşmələr çərçivəsində reallaşdırılan görüşün məqsədi gənclərin “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt” ilə bağlı məlumatlılığını artırmaq, həmçinin Azərbaycanda miqrasiya siyasətinin formalaşmasında gənclərin rolu barədə fikir mübadiləsi aparmaqdır.
    Tədbir iştirakçılarını salamlayan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov görüşün əhəmiyyətini diqqətə çatdırıb və gəncləri Forum çərçivəsində həyata keçirilən fəaliyyətlərdə aktiv iştiraka dəvət edib. Xidmət rəisi vurğulayıb ki, gənclərin bu prosesə cəlb edilməsi miqrasiya məsələlərinin effektiv əlaqələndirilməsinin, miqrasiya idarəçiliyində şəffaflığın və inklüzivliyin artırılmasının, mədəni müxtəlifliyin, sosial birliyin və innovativ metodlardan istifadəsinin təminatlarından biridir.

    Çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev gənclərin BMqT-nin fəaliyyətindəki rolunu diqqətə çatdırıb və cəmiyyətdəki fəallığını yüksək qiymətləndirib.

    Sonra çıxışlar dinlənilib, gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR