AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində keçirilən dəyirmi masaya həmsədrlik edib - FOTO

  • + A
  • - A
  • 19-05-2022, 13:31

    Azərbaycan Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində keçirilən dəyirmi masaya həmsədrlik edib - FOTO

    Azərbaycan Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində keçirilən dəyirmi masaya həmsədrlik edib.

    Azadmedia.az - 17-20 may 2022-ci il tarixlərdə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında təşkil edilən ilk Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində Miqrasiya üzrə Qlobal Paktın 23 məqsədinə həsr olunan və adıçəkilən Paktın icrası istiqamətində bütün səviyyələrdə əldə olunan təcrübəni nəzərdən keçirmək məqsədilə dörd interaktiv çoxtərəfli dəyirmi masa təşkil edilib. Hər masaya BMT Baş Assambleyasının Prezidenti tərəfindən müəyyənləşdirilmiş iki üzv dövlətin nümayəndələri tərəfindən həmsədrlik edilib, habelə hər dəyirmi masada interaktiv müzakirəyə rəhbərlik etmək üçün əsas panelistlər təyin olunub. Azərbaycan adıçəkilən Forum çərçivəsində təşkil olunan dörd dəyirmi masaya həmsədrlik edən səkkiz ölkə sırasındadır.

    Forumun ikinci günündə keçirilən dördüncü dəyirmi masaya ölkəmiz adından Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə yanaşı, Mərakeş Krallığının BMT yanında Daimi Nümayənədsi Omar Hilal həmsədrlik edib. Qeyd olunan dəyirmi masa “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın 1-ci (Statistik məlumatlar), 3-cü (Məlumat təminatı), 7-ci (Həssaslığın azaldılması), 17-ci (Ayrı-seçkiliyin aradan qaldırılması) və 23-cü (Beynəlxalq əməkdaşlıq) məqsədlərinə həsr olunub. Azərbaycan tərəfindən həmsədrlik edilən dəyirmi masanın təşkilinə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti dəstək göstərib.

    Dördüncü dəyirmi masada əsas çıxışçı qismində BMT Baş katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Liu Zhenmin çıxış edib. Eyni zamanda, qeyd olunan dəyirmi masada Banqladeş Xalq Respublikasının Xarici İşlər naziri Shahriar Alam, Əhali Tədqiqatları Mərkəzinin direktoru xanım Marcela Cerrutti, Mərakeş Krallığının Milli Hüquq Mühafizə Agentliyinin prezidenti xanım Amina Bouayach, Qarışıq Miqrasiya Mərkəzinin Asiya Regional Meneceri cənab Themba Lewis, habelə Miqrasiyada Qadınlar Şəbəkəsinin təsisçisi xanım Catherine Tactaquin və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Nyu-York Ofisinin rəhbəri Craig Mokhiber çıxış ediblər. Panelistlər dəyirmi masanın diqqət mərkəzində olan Miqrasiya üzrə Qlobal Paktın məqsədləri barədə fikir mübadiləsi aparıb, habelə iştirakçıların suallarını cavablandırıblar.
    Dəyirmi masaların yekununda Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru cənab Antonio Vitorinonun rəhbərliyi ilə keçirilən siyasi dialoq çərçivəsində dördüncü dəyirmi masanın xülasəsi Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynov və Mərakeş Krallığının nümayəndəsi tərəfindən təqdim olunub.

    Forum öz işini BMT Baş Assambleyası prezidentinin rəhbərliyi altında plenar sessiya ilə davam etdirəcək.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR