Avtomobil istehsalçısı "Volvo Group" il ərzində Rusiya Federasiyasında işçilərini ixtisar edəcək - şirkət hazırda fəaliyyətsiz olan Kaluqadakı zavodda yük maşınları istehsal edir.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, Kaluqadakı "Volvo Trucks" zavodu hazırda fəaliyyətsizdir, lakin şirkət Rusiya bazarından çıxmaq barədə qərar qəbul etməyib.
Şirkət işçilərin ixtisarı qərarını "Volvo Group"unun əməliyyat fəaliyyətini Rusiyada dəyişən bazar şəraiti ilə əlaqədar uyğunlaşdırmaqla izah edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.