AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nikol Paşinyan Erdoğanla görüşmək üçün Putindən icazə istəyib?

  • + A
  • - A
  • 8-07-2022, 14:00

    Nikol Paşinyan Erdoğanla görüşmək üçün Putindən icazə istəyib?



    Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

    “Qafqazinfo” xəbər verir ki, “Hraparak” qəzeti telefon danışığından sonra Ermənistan və Rusiya tərəfinin yaydığı rəsmi məlumatlar arasında fərq olduğuna diqqət çəkib.

    Qəzet yazır ki, Kremlin rəsmi məlumatına görə, Nikol Paşinyan Vladimir Putini Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına yönələn təmaslar barədə məlumatlandırıb. Ermənistan tərəfinin yaydığı məlumatda isə bu hissənin olmadığı bildirilir.

    “Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü əsasında baş tutub və Kremlin məlumatına görə, Paşinyan Putinə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə atılan addımlar və əldə olunan razılaşmalar barədə məlumat vermək üçün zəng edib. Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Putindən icazə istəməsi də istisna edilmir”, - deyə məlumatda qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR