AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə PKK terrorçularının liderlərindən biri MƏHV EDİLDİ

  • + A
  • - A
  • 13-07-2022, 08:43

    Türkiyədə PKK terrorçularının liderlərindən biri MƏHV EDİLDİ

    PKK terror təşkilatı “yüksək rütbəli” terrorçusunun öldürüldüyünü təsdiq edib.

    AzadMedia.az “Milliyet”ə istinadən xəbər verir ki, “Eren Abluka-2” Türkiyə təhlükəsizlik qüvvələrinin keçiridyi əməliyyat zamanı öldürülüb.

    Hakkari vilayətində Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olan terrorçu ifadəsində “Bager Erdal” ləqəbli Rıdvan Alkanın antiterror əməliyyatı zamanı öldürüldüyünü bildirib.

    O, qeyd edib ki, R.Alkanın ölümü digər terrorçular arasında çaxnaşma yaranmasın deyə onlardan gizli saxlanılıb.

    Təslim olan terrorçu bildirib ki, R.Alkan 19 avqust 2021-ci ildə Yüksekova rayonunda həyata keçirilən əks-terror əməliyyatı zamanı məhv edilən 8 terrorçu arasında olub.

    O, Dağlıc, Aktütün, Ağacdibi və Yeşiltaş rayonlarında Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir sıra hücumların təşkilatçısı olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR