Rusiya taqım komandirləri Ukraynada döyüşməkdən imtina edirlər.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz "Facebook" səhifəsində məlumat yayıb.
"İşğalçı qoşunların ərzaqla təmin olunmaması halları qeydə alınır. Mövcud məlumata görə, Mərkəzi Hərbi Dairənin 2-ci Əlahiddə Ümumqoşun Ordusunun bölmələrində tağım komandirləri tərəfindən şəxsi heyətlə təminat səviyyəsi aşağı olaraq qalır. Buna səbəb xeyli itki və imtinadır. Bir sözlə, onlar Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etməkdən imtina edirlər”, - mesajda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.