AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir" - Prezident

  • + A
  • - A
  • 14-07-2022, 14:16

    "Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir" - Prezident


    Cənubi Qafqazda bərqərar olmuş yeni geosiyasi reallıq davamlı sülh və regional iqtisadi əməkdaşlıq üçün əlverişli zəmin yaradıb.

    Bu, Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makrona ünvanladığı məktubda əksini tapıb.

    “Torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycan müharibə səhifəsini çevirmək, Ermənistanla münasibətləri normallaşdırmaq və sülh müqaviləsi imzalamaq istəyindədir. Beynəlxalq hüquqa söykənərək tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə Fransanın dəyərli töhfə verə biləcəyinə inanırıq”, - məktubda qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR