Rusiyanın “terrorçu dövlət” kimi tanınması Ukraynadakı müharibə şəraitində mühüm hüquqi nəticələr verəcək, ona görə də təcili hərəkətə keçmək lazımdır.
Bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak KİV-ə açıqlamasında deyib.
“Putinin Rusiyasını “terrorçu dövlət” kimi tanıyın. Bu tərifin Ukraynadakı müharibə üçün mühüm hüquqi nəticələri olacaq və artıq dünyanın hərəkətə keçməsinin vaxtıdır. Terrorizm yalnız nəzarətsiz qruplar tərəfindən daha güclü rəqibə qarşı istifadə edilə bilən siyasi məcburiyyət taktikası deyil. Böyük bir ölkə tərəfindən kiçik bir ölkəyə qarşı da istifadə edilə bilər. Taktika, üsullar və nəticələr dəyişməz qalır”, - deyə o bildirib.
Aparatının rəhbəri vurğulayıb ki, terrorizm siyasi məqsədlə dinc əhaliyə qəsdən, ayrı-seçkilik etmədən hücumdur.
“Bir çox mühüm sahələrdə dəstəyə baxmayaraq, Ukraynanın Qərb müttəfiqləri hələ də Rusiyanı rəsmi olaraq terrorçu dövlət və ya terrorizmin himayədarı dövlət kimi tanımırlar. Belə bir addımın hüquqi nəticələri ola bilər, çünki Qərbdə heç kim terrorçularla məşğul olmur və belə bir tərif Rusiya rejiminin öz hərbi maşınını maliyyələşdirmək üçün lazım olan maliyyəyə çıxışını daha da məhdudlaşdırar”, - Yermak deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.