AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şərqşünaslıq İnstitutu ilə “ARİD” platforması arasında Memorandum imzalanıb - FOTO

  • + A
  • - A
  • 15-07-2022, 15:39

    Şərqşünaslıq İnstitutu ilə “ARİD” platforması arasında Memorandum imzalanıb - FOTO


    Şərqşünaslıq İnstitutu ilə “ARİD” platforması arasında Memorandum imzalanıb.

    Azadmedia.az - 14 İyul tarixində AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə mərkəzi Malayziyada yerləşən “ARİD” platforması arasında Memorandum imzalanıb.

    Sənədə əsasən təhsil və akademik əməkdaşlıq sahəsində birgə layihələr, proqramlar həyata keçirilə, təlim kursları təşkil edilə, məsləhət və mübadilə xidmətləri göstərilə bilər. Memorandum tərəflərin təhsil və akademik sahələrdə birbaşa əməkdaşlıq müqavilələrinin bağlanmasını, ixtisaslaşdırılmış təlim kurslarının keçirilməsini, akademik təcrübə mübadiləsini, təhsil, təlim və ya əlaqəli sahələrdə akademik əməkdaşlıq və mübadiləni nəzərdə tutur.

    Sənədi Azərbaycan tərəfdən AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva, “ARİD” tərəfdən dr. Seyf əl-Suveydi və prof., dr. Yakup Civelek imzalayıblar.

    Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən 300-dən çox universitetin və 90 mindən çox tədqiqatçının üzvü olduğu “ARİD” platforması çoxşaxəli elmi məqsədlərin həyata keçirilməsi üçün təsis edilmiş qeyri-kommersiya təşkilatıdır. Bu təşkilat elmi tədqiqat imkanlarını gücləndirmək, bu istiqamətdə yaranmış fürsətləri genişləndirmək və müsbət nəticələrdən istifadə etmək məqsədi ilə yaradılıb. “ARİD” platforması ərəbdilli tədqiqatçılara xüsusi qeydiyyat nömrəsi verməklə elmi tədqiqat sahələrində açıq dəstək olmağa çalışır ki, bu da qeydiyyatdan keçmiş hər bir üzvün öz tədqiqat işləri, özü, həmçinin fəaliyyəti haqqında məlumatları bir bazada toplaya biləcəyi çox vacib bir xidmətdir. “ARİD” platforması, həmçinin bir-birinin təcrübələri və bacarıqları ilə tanış olmaq, eyni zamanda nəşrlər, qrantlar, patentlər barəsində məlumatları bölüşmək üçün öz üzvlərini müxtəlif sahələrdə çalışan minlərlə mütəxəssisdən ibarət bir cəmiyyətdə toplayır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR