AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanda DTX-nin keçmiş rəis müavini HƏBS EDİLDİ

  • + A
  • - A
  • 16-07-2022, 13:00

    Gürcüstanda DTX-nin keçmiş rəis müavini HƏBS EDİLDİ


    Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəis müavini Soso Qoqaşvili həbs olunub.

    Onun gecə saatlarında xüsusi polis əməliyyatı nəticəsində evində həbs edildiyini əks etdirən videokadrları həyat yoldaşı sosial şəbəkədə yayıb.

    S.Qoqaşvili ötən gün sosial şəbəkə səhifəsində 2021-ci ildə Gürcüstanda keçirilmiş yerli seçkilərin nəticələrinin saxtalaşdırılması barədə sübutların olduğunu yazaraq hakim "Gürcü Arzusu” Partiyasının liderlərinə onları ifşa edəcəyinə söz verib.

    Qeyd edək ki, S.Qoqaşvili 2018-ci ildə DTX-nin rəis müavini vəzifəsindən istefa verib. O, daha sonra 2020-ci ilədək hakim partiyada Monitorinq, koordinasiya və analitika departamentinə rəhbərlik edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR