Azərbaycanın bərpaolunan enerji sahəsində çox böyük potensialı var.
Bunu iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.
Azərbaycan Prezidenti ilə görüşdə xüsusilə dənizdə külək enerjisi və yaşıl hidrogen enerjisi ilə bağlı müzakirələrin aparıldığını vurğulayan Ursula Fon der Lyayen bildirib: “Bu gün imzalanan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə biz bu sahədə möhkəm əməkdaşlıq üçün güclü zəmin yaratmış olduq. Bununla da Azərbaycan tədricən Avropa İttifaqının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına çevriləcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.