Avropa Birliyi Ukraynada hərbi əməliyyatların davam edəcəyinə görə, Kiyevə hərbi yardım göstərmək üçün daha 500 milyon avro ayırmaq qərarına gəlib. Beləliklə, Avropa Sülh Fondundan Ukraynaya silah üçün ayrılan məbləğ 2,5 milyard avroya qədər artacaq.
Bunu Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra Aİ-nin xarici xidmətinin rəhbəri Xosep Borrel deyib.
"Ukraynada müharibə davam edəcək. Aİ bu ölkəyə lazım olan hər şeylə dəstəyini davam etdirəcək, xarici işlər nazirləri bu gün yeni hərbi yardım üçün daha 500 milyon avro ayrılması barədə siyasi qərar qəbul ediblər", - o deyib.
Beləliklə, Avropa Sülh Fondundan Ukraynaya silah üçün ayrılan məbləğ 2,5 milyard avroya qədər artacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.